Operativ Məlumat Mərkəzi

Azərbaycanda saxlanılan erməni separatçılarının həbs müddəti 4 ay uzadılıb

2 dəq
Paylaş:
Azərbaycanda saxlanılan erməni separatçılarının həbs müddəti 4 ay uzadılıb

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq " naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən bildirilib.

Qeyd olunub ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin 4 ay uzadılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax