Operativ Məlumat Mərkəzi

Azərbaycanda orta aylıq əmək haqqı 8 % artıb

2 dəq
Paylaş:
Azərbaycanda orta aylıq əmək haqqı 8 % artıb

2024-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatında muzdla işçilərin orta aylıq əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki , informasiya və rabitə, eləcə də və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2024-cü il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 775,3 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 12,9 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax