Operativ Məlumat Mərkəzi

Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib

2 dəq
Paylaş:
Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib

“Mülki hava limanları və (və ya) aerodromların istismara , aeronaviqasiya təchizatı və təminatı, tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nı təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, “ Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 14 nömrəli Əlavəyə - “Aerodromlar” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9774. Aerodromların sertifikatlaşdırılması üzrə Təlimat”a və “Doc 9981. Aerodromlarda aeronaviqasiya xidmətləri üzrə Prosedurlar”a uyğun həyata keçirilir.

Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılmasını, eləcə də Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax