Əsas məzmuna keç

Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib

Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib

bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya...

Azərbaycanda korrupsiya cinayəti törədən 56 şəxs yaxalanıb, 224 iş baxılması üçün məhkəmələrə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirəsində məlumat verilib.

Bildirilib ki, əməliyyat qurumları tərəfindən 158 başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq hüquqi şəxslər və rəhbərləri məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…