Operativ Məlumat Mərkəzi

Azərbaycanda iki minə yaxın daun sindromlu əlilliyi olan şəxs var

2 dəq
Paylaş:
Azərbaycanda iki minə yaxın daun sindromlu əlilliyi olan şəxs var

Hazırda Azərbaycanda 1800-ə yaxın sindromlu əlilliyi olan şəxs var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir. göstərilir.

Mərkəzlərdə daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator xidmətlərlə , icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olunurlar.

Daun sindromlu əlilliyi olan şəxslər Agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Məlumat üçün bildirək ki, 21 mart Dünya Daun Sindromu Günüdür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax