Operativ Məlumat Mərkəzi

Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

1 dəq
Paylaş:
Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

İranın Bəndər-Ənzəli istiqamətində Ənzəli limanında tərəfindən meyit aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı İbayev olduğu ehtimal edilir.

İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən, onun Mahmud İbayev olduğunu bildirirlər.

Mahmud İbayevin Rəşad İbayev açıqlamasında fotoya əsasən, meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.

Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları davam etdirilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax