Operativ Məlumat Mərkəzi

Azərbaycanda hərbçilərin ərzaq pulu 210 manat artırılacaq - RƏSMİ

2 dəq
Paylaş:
Azərbaycanda hərbçilərin ərzaq pulu 210 manat artırılacaq - RƏSMİ

Azərbaycanda hərbçilərin pulu 210-220 manat civarında artırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Milli Məclisin və sosial komitəsinin bugünkü iclasında “ qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: "Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq".

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev müzakirələrdə təklif edib ki, hərbçilərə verilən ərzaq pulu 62 manat artırılsın: "Hesab edirəm ki, bu da onların sosial müdafiəsinin gücləndirilməsinə müəyyən dərəcədə öz töhfəsini verə bilər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax