Operativ Məlumat Mərkəzi

Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb

1 dəq
Paylaş:
Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb

"Azərbaycanda A virusu ilə bağlı vəziyyət stabildir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TƏBİB-in xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır: “Ölkədə bir neçə regionda yoluxma var. Lakin bu, qeyri-adi hadisə deyil. A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəsətlikdir. Hazırda vəziyyət stabildir”.

TƏBİB rəsmisi həmçinin bildirib ki, Hepatit A virusu xəsətliyinin mənbəyi elə insandır: “Xəstəlik xəstə insandan sağlam insana su, qida, ətrafda istifadə etdiyimiz əşyalarla keçə bilir. İnsan bu xəstəliyə yoluxur, amma bunu hiss etmir. Ola bilər kimsə Hepatat A virusuna yoluxsun, amma heç bir simptom hiss edə bilməyib. Məsələn, uşaqlarda bu, qripəbənzər simptomlarla başlaya bilər. Bir müddət sonra qaraciyər zədələndiyi üçün ürəkbulanma, qastrit, gözdə saralma, dəridə saralma ilə büruzə verir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax