Əsas məzmuna keç

Azərbaycanda əmək pensiyaları artırılır - SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları artırılır - SƏRƏNCAM

bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə...

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Dövlət Statistika Komitəsinin etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…