Operativ Məlumat Mərkəzi

Azərbaycanda 2 000 manat və daha çox maaş alan müəllimlərin sayı açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanda 2 000 manat və daha çox maaş alan müəllimlərin sayı açıqlanıb

2025–2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, elm və naziri Emin Əmrullayevin “Sertifikatlaşdırma 2025: peşəkar – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı dediyinə görə, hazırda müəllimlərin 1 faizi 34 saat deyir və 2000 manat və daha artıq əməkhaqqı alır:

“Bu kateqoriyaya 1399 nəfər daxildir. 11 müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu 12 803 nəfər aiddir. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. Bu qrupa 49 min 757 nəfər daxildir. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 min 492 nəfərdir”.

E. Əmrullayev əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax