Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN vətəndaşları Fransaya səfər etməməyə çağırıb

2 dəq
Paylaş:
Azərbaycan XİN vətəndaşları Fransaya səfər etməməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən bildirilib.

"Fransada Əlcəzair əsilli yeniyetmənin tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və qaydalarına riayət etmələri xahiş olunur", - nazirlikdən bildirilib.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: [email protected]

[email protected]

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax