Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN: Qarabağda yaşayan erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait var

1 dəq
Paylaş:
Azərbaycan XİN: Qarabağda yaşayan erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait var

Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in Kanada nazirinə cavabında qeyd olunub.

“Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax