Operativ Məlumat Mərkəzi

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb

2 dəq
Paylaş:
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb

Milli Məclisin sədri və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Memorandumu imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd spikerlər arasında keçirilən görüşün nəticəsində imzalanıb.

Memoranduma əsasən, Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddaratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı ictimaiyyəti məlumatlandıracaq.

Həmçinin və Konqres Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcəklər.

Bununla yanaşı, memorandum çərçivəsində qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılması, parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur.

Qeyd edək ki, parlamentlərarası əlaqələri inkişaf etdirmək məqsədilə tərəflər deputatlardan ibarət müvafiq qrup yaradacaqlar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax