Operativ Məlumat Mərkəzi

Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

2 dəq
Paylaş:
Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

Oktyabrın 2-də Bakı şəhərində Respublikası ilə Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi keçirilib.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nümayəndə heyətinə Azərbaycan tərəfindən nazirinin müavini Elnur , Yaponiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Avropa bürosunun Baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə Masaki İşikava başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı siyasi, iqtisadi, investisiya, ticarət, təhsil, mədəniyyət, humanitar, enerji, ekologiya, iqlim, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri, arenada və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərdə normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax