Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb

1 dəq
Paylaş:
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb

Hərbi Hava Qüvvələrinin "Mustafa Atatürk - 2023" taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax