Əsas məzmuna keç

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları bir yerdə - VİDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları bir yerdə - VİDEO

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq...

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal - 2023" təliminin məşqləri zamanı xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər.

Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri davam edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…