Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

general-polkovnik Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.

C.S.Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional məsələləri müzakirə edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax