Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qırğızıstan XİN başçılarının telefon görüşü baş tutub

2 dəq
Paylaş:
Azərbaycan və Qırğızıstan XİN başçılarının telefon görüşü baş tutub

Respublikasının naziri Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək İrandakı səfirliyə qarşı törədilmiş terror hücumu ilə bağlı öz başsağlığını çatdırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.

C.Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax