Əsas məzmuna keç

Prezidentlər Füzulidə inşa ediləcək xəstəxananın layihəsi ilə tanış olublar - YENİLƏNİB

Prezidentlər Füzulidə inşa ediləcək xəstəxananın layihəsi ilə tanış olublar - YENİLƏNİB

səhiyyə naziri Teymur Musayev dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verib. Bildirilib ki, Baş plan layihəsinə əsasən 180...

Martın 12-də Respublikasının Prezidenti İlham Əliyev və Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verib.

Bildirilib ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.

Diqqətə çatdırılıb ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.

Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

***

Martın 12-də İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xidməti məlumat yayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…