Operativ Məlumat Mərkəzi

Azərbaycan və Özbəkistan arasında hərbi sahədə təcrübə mübadiləsi aparılıb

2 dəq
Paylaş:
Azərbaycan və Özbəkistan arasında hərbi sahədə təcrübə mübadiləsi aparılıb

Ölkəmizdə səfərdə olan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Nazirliyində general-leytenant Azər Əliyev ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, ordu quruculuğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə müxtəlif mövzularda brifinqlər təqdim olunub.

Qonaqlar burada şərait ilə tanış olub, mərkəzin fəaliyyəti barədə məlumatlar əldə ediblər.

Daha sonra (Komando) hərbi hissələrindən birinə gələn özbəkistanlı nümayəndələr hərbi hissənin təlim-tədris mərkəzi və burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olublar.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax