Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

Azərbaycanın naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran regional və məsələləri də gündəlikdə yüksək yer tutub.

***

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin təkbətək görüşü başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, regional məsələlər üzrə və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax