Operativ Məlumat Mərkəzi

Azərbaycan və Gürcüstan enerji sektorunda əməkdaşlıq əlaqələrini müzakirə edib

2 dəq
Paylaş:
Azərbaycan və Gürcüstan enerji sektorunda əməkdaşlıq əlaqələrini müzakirə edib

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin I müavini Romeo Mikautadze ilə görüşərək onunla iki ölkə arasında bütün sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib.

Ötən ilin dekabrında “, , Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüş çərçivəsində SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax