Əsas məzmuna keç

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti...

Ölkəmizdə səfərdə olan Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin İdarəetmə İnstitutunu ziyarət ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib.

Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olub. Qonaqlar institutun və mərkəzin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə məlumatlandırılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…