Operativ Məlumat Mərkəzi

Azərbaycan və Çexiya arasında ikili bakalavr, magistr proqramları hazırlanacaq

1 dəq
Paylaş:
Azərbaycan və Çexiya arasında ikili bakalavr, magistr proqramları hazırlanacaq

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Çexiyanın Karlov Universiteti arasında ikili proqramları hazırlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məsələ ASAPES-in Fuad Hacıyevin Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşündə müzakirə edilib.

Görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən , atılan addımlar və gələcək planlar müzakirə edilib.

Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulanıb və bu istiqamətdə işlər aparılması üçün Karlov Universitetinin professorlarının Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax