Operativ Məlumat Mərkəzi

Azərbaycan və Belçikanın XİN başçıları Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər

2 dəq
Paylaş:
Azərbaycan və Belçikanın XİN başçıları Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər

"Belçikanın naziri Hadja Lahbiblə görüşdə Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə etdik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

"Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında kommunikasiyaların açılmasının Ermənistanın öhdəliyi olduğunu diqqətə çatdırdım. Delimitasiya barədə həmkarıma məlumat verdim. Bildirdim ki, ötən 30 il ərzində delimitasiya imkanları mövcud deyildi və bunun mövcud olmama səbəbi Ermənistanın işğal siyasəti idi. torpaqları işğaldan azad olunandan sonra bu məsələyə start vermək mümkün olub və bu istiqamətdə mühüm addımlar atılıb", - nazir vurğulayıb.

C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İtitfaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir: "2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçikada Azərbaycana 120 milyon, Azərbaycandan Belçikada 250 milyon dollar invesitisiya qoyulub".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax