Operativ Məlumat Mərkəzi

Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

2 dəq
Paylaş:
Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı razılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz özünün tviter hesabında məlumat verib.

P. Şahbazov Brusseldə Belçikanın energetika naziri Tinne Van der Straeten və Avropa İttifaqının (Aİ) məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.

“Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə Külək Enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində Cənub Qaz Dəhlizinnin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizi|nin inkişafına Aİ-nin dəstəyi, Enerji Keçidi və Enerji Səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax