Operativ Məlumat Mərkəzi

Azərbaycan-Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub

2 dəq
Paylaş:
Azərbaycan-Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub

3 iyul 2025-ci il tarixində Respublikasının naziri Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.

Regional məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə olunub.

İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax