Operativ Məlumat Mərkəzi

Azərbaycan "sıfır emissiya"ya çatmaq üçün ildə 4-6 milyon dollar vəsait cəlb edəcək

3 dəq
Paylaş:
Azərbaycan "sıfır emissiya"ya çatmaq üçün ildə 4-6 milyon dollar vəsait cəlb edəcək

2050-ci ilə qədər xalis "sıfır emissiya"ya çatmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjiyə, texnologiyaya və infrastruktura ildə 4-6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.

" "Dayanıqlı İnkişaf Məqsədləri-2030" gündəliyinə qoşulub. Ölkəmiz regionda ilk dəfə BMT-nin forumuna 3 könüllü milli hesabat təqdim edib.Həmin hesabatlar "yaşıl" artımı özündə əks etdirir, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı öhdəliyi özündə əks etdirir", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, Azərbaycan Paris sazişinin milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinə əsasən, baza ili 1990-ci il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 % azaltmağı hədəf kimi götürüb və artıq bu öhdəliyi 40 %-ə çatdırıb: "İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq və bu istiqamətdə texnologiyalara keçid böyük məbləğdə vəsait tələb edir"

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsi müştərək proqramının icrasına başlayıb: "Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiq edilməsi məqsədilə hesabatlar hazırlanıb, təqdim edilib. DİM-ə investisiya cəlb edilməsi üçün DİM İnvestisiya Xəritəsi layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi və yerli investorlar üçün Azərbaycanda DİM-ə kapital yatıra biləcək yüksək potensiallı sahələri müəyyən etməkdir və bunun üçün tövsiyələr formalaşdırılıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax