Əsas məzmuna keç

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb

bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib. “Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan...

Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları Peru – Parlamentlərarası Qrupunun sədri, Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin xidməti bildirib.

“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın hesabında yazılıb.

Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…