Operativ Məlumat Mərkəzi

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb

1 dəq
Paylaş:
Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb

və Qırğızıstan arasında enerji əməkdaşlığı üzrə imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, COP29 çərçivəsində energetika naziri Pərviz Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.

Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpa olunan enerji sahəsində əməkdaşlığı, Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Qırğız Respublikasının yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Memorandumu imzalanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax