Əsas məzmuna keç

Azərbaycan Prezidenti: "Şuşada bütün işlər Baş plan əsasında aparılır"

Azərbaycan Prezidenti: "Şuşada bütün işlər Baş plan əsasında aparılır"

Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə dövlətimizin başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib.

“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 yerlik məktəbin açılışını edəcəyik. 90 xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - İlham Əliyev vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…