Operativ Məlumat Mərkəzi

Prezident: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır

1 dəq
Paylaş:
Prezident: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır

Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir İlham Əliyevin 5-ci “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun salınır, yeni məktəblər, xəstəxanalar, yol- və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax