Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib

1 dəq
Paylaş:
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib

İlham Əliyev fevralın 26-da Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax