Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib

İlham Əliyev Çin Sədri Si Cinpinə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan duyuram.

Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini .

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax