Operativ Məlumat Mərkəzi

Azərbaycan parlamenti “Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edib

2 dəq
Paylaş:
Azərbaycan parlamenti “Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edib
“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin,...

Milli Məclisin bu gün keçirilən iclasında “Daxili haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin, daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

Layihəyə əsasən, daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.

Bu Qanun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" qanun ləğv ediləcək.

Qanun layihəsi səsverməyə üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax