Operativ Məlumat Mərkəzi

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər

2 dəq
Paylaş:
Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər

Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin Azərbaycana səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Qoşunları Baş İdarəsində olub.

"Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib. Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub. Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər", - məlumatda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax