Əsas məzmuna keç

Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manata yaxın pul xərcləyib

Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manata yaxın pul xərcləyib

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon və yaxud 85,9 %-i Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və yaxud 0,6 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…