Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb

" Ordusunun hərbçisinin ölümü ilə bağlı açılıb".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad deyib.

Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - Hərbi Prokurorluğun rəsmisi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax