Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun hərbçiləri ilə NATO-nun nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun hərbçiləri ilə NATO-nun nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib

Müdafiə Nazirliyinin İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda ikitərəfli əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax