Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB

" Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

09:50***

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda N saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax