Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda yanğınsöndürmə üzrə praktiki çalışmalar yerinə yetirilib

2 dəq
Paylaş:
Azərbaycan Ordusunda yanğınsöndürmə üzrə praktiki çalışmalar yerinə yetirilib

Müdafiə nazirinin illik fəaliyyətlər planına əsasən, Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrdən birində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, binaların çardaq və zirzəmilərində nəzəri, avtomobil parkında isə yanğının söndürülməsi üzrə praktiki yerinə yetirilib.

Həmçinin hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının sənədlərinin təkmilləşdirməsi üzrə məşğələlər təşkil olunub.

Toplanışın keçirilməsinin əsas məqsədi yanğından mühafizə komandalarının bilik səviyyəsinin artırılması, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğının söndürülməsi ilə bağlı praktiki vərdişlərin aşılanmasıdır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax