Operativ Məlumat Mərkəzi

Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

1 dəq
Paylaş:
Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Avqustun 30-da Respublikasının general-polkovnik Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin mərasimlərinə qatılıb.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.

Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.

Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax