Operativ Məlumat Mərkəzi

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

2 dəq
Paylaş:
Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Krallığının Ər-Riyad şəhərində 2-13 dekabr tarixlərinda keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində yekdilliklə təmsil olunduğu Mərkəzi və qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sədrlik dövründə Azərbaycan həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

"Qrupa Azərbaycan ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir. 2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub",-məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, 12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir:

"COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax