Operativ Məlumat Mərkəzi

Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək

2 dəq
Paylaş:
Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək

Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları platforma üzərindən - onlayn şəkildə verməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu qurumun şöbə rəisi Ramil Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.

"Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", - deyə o qeyd edib.

R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: "İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax