Operativ Məlumat Mərkəzi

Məktəblilərimiz olimpiadada medal qazandılar

2 dəq
Paylaş:
Məktəblilərimiz olimpiadada medal qazandılar

21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər. 56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər.

"Azercell" qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax