Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib

2 dəq
Paylaş:
Azərbaycan lideri Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib

Mayın 4-də Respublikasının Prezidenti İlham Əliyev şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısına layihə barədə məlumat verilib.

Bildirilib ki, inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir. Bu ərazi əsas ictimai obyektlərə, təhsil müəssisələrinə, peşə məktəbinə, memorial parka və məscidə yaxındır.

Qeyd olunub ki, üçmərtəbəli bina quruluşuna görə şəhərin müxtəlif yerlərindən görünə biləcək. İnzibati binanın daxili atrium quruluşda layihələndirilib. Binanın ardıcıl quruluşu isə iki hissəni birləşdirir. İnzibati binanın külək turbinləri şəklində olan fasad strukturu damın kənarı boyunca düzülüb. Dam günəş panelləri ilə əhatə olunur. Damın quruluşu binanın daxilinin təbii işıqlanmasına imkan verir və böyük tədbirlərin keçirilməsi üçün əlavə yer imkanı yaradır.

Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin göstərəcəyi binada müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri yaradılacaq. İnzibati binanın ətrafında müxtəlif istirahət məkanları və iaşə obyektləri fəaliyyət göstərəcək.

Layihə ilə tanışlıqdan sonra İlham Əliyev inzibati binanın təməlini qoyub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax