Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri: "Füzulinin timsalında bütün dünya görməlidir ki, erməni vəhşiliyi nədən ibarətdir"

2 dəq
Paylaş:
Azərbaycan lideri: "Füzulinin timsalında bütün dünya görməlidir ki, erməni vəhşiliyi nədən ibarətdir"

Füzulinin timsalında, eyni zamanda, bütün , hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, vəhşiliyi nədən ibarətdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz uzun illər dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax