Əsas məzmuna keç

Azərbaycan-İran sərhədi pozulub

Azərbaycan-İran sərhədi pozulub

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-nin Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları, Germi şəhər sakinləri - Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən olunub.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram , bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…