Operativ Məlumat Mərkəzi

Azərbaycan hərbi pilotları döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər

1 dəq
Paylaş:
Azərbaycan hərbi pilotları döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri -məşq uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, əvvəlcə şəxsi heyətə qaydaları çatdırılıb.

Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və manevrləri üzrə icra edilib.

"Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər", - nazirlikdən qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax