Əsas məzmuna keç

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən komando kursunda iştirak edirlər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən komando kursunda iştirak edirlər

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi...

ilə arasında “Hərbi təhsil sahəsində haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ kursu”nda iştirak etmək üçün Türkiyənin İsparta şəhərinə yola düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…